Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
    • 24-12-2020, 15:16
    • 430

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News24.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Gürcüstan ilə Azərbaycan arasında möhkəm tarixi və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığı məmnunluqla vurğulamaq istəyirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcək. Bu, bölgəmizdə sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və xalqlarımızın rifahına töhfə verəcəkdir.

Ölkələrimiz arasında gələcək əməkdaşlığı təşviq etməyə və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa Gürcüstan dövlətinin hazır olduğunu və bunun mənim də şəxsi istəyim olduğunu bır daha ifadə etmək istərdim.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırıram”.