Prezident erməni dilində olan lövhəni belə sökdürdü - Video
    • 24-12-2020, 18:25
    • 527

Prezident erməni dilində olan lövhəni belə sökdürdü - Video

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilən Qubadlı rayonuna səfəri zamanı Qəzyan kəndində gördüyü erməni dilində olan lövhənin sökülmə anının görüntüləri yayılıb.

News24.az
AzTV-yə istinadən xəbər verir ki, Ali Baş Komandan Qəzyan kəndinin ərazisindən keçərlən ermənicə lövhəni görüb və maşını saxlayaraq onun sökülməsini tapşıraraq “sökmək lazımdır, gəlin sökün bunu” deyib.

Hərbçilər qısa müddətə həmin lövhəni sökərək yerə atıblar.

Daha sonra Prezident lövhənin üzərinə çıxaraq “Bax belədir, bilsinlər ki, bura Qəzyan kəndidir. Bunu aparsınlar Ermənistana” deyib.