Antarktidada naməlum radio siqnalları aşkarlandı
Maraqlı
Alimlər Antarktidanın buz təbəqəsinin altından gələn izah olunmayan radio siqnalları qeydə alıblar.
News24.az xəbər verir ki, ANITA təcrübəsi çərçivəsində aşkarlanan siqnalların Yerin dərinliklərindən gəldiyi müəyyən edilib və onların davranışı mövcud fizika qanunları ilə izah olunmur.
Tədqiqatçılar cihaz nasazlığı ehtimalını istisna etsə də, siqnalların mənşəyi hələ aydın deyil. Mümkün ehtimallar arasında yeni hissəcik növü, qaranlıq maddə ilə əlaqə və ya buzun naməlum fiziki xüsusiyyəti göstərilir.
2025-ci ilin dekabrında başlaması planlaşdırılan PUEO layihəsi ANITA-nın davamı olacaq və bu siqnalların əsl mahiyyətini anlamaq üçün yeni ölçmələr aparacaq. IceCube rəsədxanası və digər tədqiqat mərkəzləri ilə əməkdaşlıq bu hadisənin təsadüf, yoxsa elmdə yeni eranın başlanğıcı olduğunu üzə çıxaracaq.