Lənkəranda Vətən müharibəsi qazisinin evindən oğurluq edənlər tutulub - FOTO
    • 26-12-2020, 11:05
    • 583

Lənkəranda Vətən müharibəsi qazisinin evindən oğurluq edənlər tutulub - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi qazisinin yaşadığı mənzildən məişət avadanlıqları və qızıl əşyaları oğurlayan rayon sakinləri saxlanılıb.  

News24.az xəbər verir ki, Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçu müalicə aldığı müddətdə onun Lənkəran şəhəri ərazisində kirayə yaşadığı mənzilindən ümumilikdə 1250 manat dəyərində 1 ədəd televizor, müxtəlif qızıl-zinət əşyaları, məişət avadanlıqları və 2 ədəd xalçanın oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakini Rövşən Mirzəyev və rayonun Darquba kənd sakini Elçin Məmmədov olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin qərarları ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.