Əməkdar artist vəfat ETDİ
    • 26-12-2020, 15:18
    • 834

Əməkdar artist vəfat ETDİ

Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

Bu barədə News24.az-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva bildirib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa bu gün Yasamal qəbirstanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, aktrisa 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub. "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktirsanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" və başqa filmlərdə çəkilib.

Sevda Bayramova