Anar Ağakişiyev bu dəfə Gülbən Ərgəni DƏYİŞDİ
    • 28-12-2020, 21:49
    • 720

Anar Ağakişiyev bu dəfə Gülbən Ərgəni DƏYİŞDİ

Dünyaca məşhur stilist Anar Ağakişiyev daha bir məşhur ulduzun imicini dəyişib.

News24.az xəbər verir ki, Ağakişiyev bu dəfə müğənni Gülbən Ərgənə makiyaj edib. Sənətçi stilistin əl işini çox bəyəndiyini vurğulayıb: "Anarla ilk dəfə tanış olduq və çalışdıq. Gerçəkdən bir sənətçisən. Əlinə, əməyinə sağlıq. Azərbaycana da salamlar göndərirəm".

Ağakişiyev isə birlikdə olan fotolarına "Cazibədar Gülbən ərgəni makiyaj etdim. Onun yeni albomundan olan "Ben buralardan gidecem" mahnısına isə vurulmuşam" sözlərini əlavə edib.

Sevda Bayramova