Miri Yusif  “Hayatım” adlı mahnısını TƏQDİM EDƏCƏK
    • 29-12-2020, 14:02
    • 1 760

Miri Yusif “Hayatım” adlı mahnısını TƏQDİM EDƏCƏK

Dekabrın 31-i Miri Yusif  “Hayatım” adlı mahnısına çəkilmiş klipi təqdim edəcək. Bu mahnı onun Türkiyə üçün hazırladığı  “Al Təyyarə”  albomunda yer alacaq. 

News24.az xəbər verir ki, Türk dilində olan “Hayatım” mahnısının musiqisi və sözləri Jay Huna aiddir.

Mahnı Arif Zeynalov tərəfindən aranjiman olunub. Klipin rejissoru Zəki Bağırovdur. 

 “Al Təyyarə”  albomu 12 mahnıdan ibarətdir. Albomda həm Miri Yusifin hit mahnılarının türkcə versiyası, həm də türkiyəli dinləyicilər üçün yazılan orijinal mahnılar təqdim olunacaq. Miri Yusif bu albomun üzərində DMC şirkəti ilə birlikdə çalışır. Şirkət albomun təbliğatı ilə məşğul olacaq.