Rusiyada baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb
    • 2-01-2019, 16:32
    • 1 098

Rusiyada baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
21 nəfərin taleyi isə məlum deyil.
Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır.

//Report