Azərbaycanda bu il məhkəmələrin saxlanılmasına ayrılan vəsait AÇIQLANDI
    • 1-01-2021, 16:15
    • 517

Azərbaycanda bu il məhkəmələrin saxlanılmasına ayrılan vəsait AÇIQLANDI

Azərbaycanda bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti üçün 109 milyon 960 min 320 manat ayrılıb.

News24.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Bu vəsaitin  9 milyon 298 min 948 manatı Konstitusiya Məhkəməsinə, 14 milyon 287 min 871 manatı Ali Məhkəməyə, 9 milyon 117 min 236 manatı Bakı Apellyasiya Məhkəməsinə, 3 milyon 319 min 182 manatı Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 milyon 819 min 860 manatı Gəncə Apellyasiya Məhkəməsinə, 2 milyon 922 min 755 manatı Şirvan Apellyasiya Məhkəməsinə, 2 milyon 280 min 911 manatı Şəki Apellyasiya Məhkəməsinə ayrılıb.
Maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələr üçün isə büdcədə 64 milyon 976 min 762 manat nəzərdə tutulub.