Koronavirusun yeni mutasiyasi uşaqlar üçün təhlükəlidir
    • 4-01-2021, 09:13
    • 546

Koronavirusun yeni mutasiyasi uşaqlar üçün təhlükəlidir

London Kraliça Meri Universitetinin Epidemiologiya üzrə baş müəllim Dipti Qurdasani koronavirusun "İngilis" mutasiyasının yeni təhlükəsi barədə xəbərdarlıq edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb. Mütəxəssisin sözlərinə görə, yeni koronavirus mutasiyası 19 yaşınadək uşaqlar və yeniyetmələr üçün daha çox yoluxucudur. Böyük ehtimalla bu yaş qrupunda simptomlara səbəb ola bilər.

Koronavirusun (Rt) yeni genetik variantının yayılmasının əvvəlki SARS-CoV-2-dən 1,74 dəfə çox olduğu bildirilir. Bu parametr təcriddən əvvəl orta hesabla 1 xəstənin nə qədər insan koronavirusa yoluxdurmasını göstərir. 

Qurdasani bunun çox narahat edici bir xəbər olduğunu qeyd edib və dərhal tədbir görülməsinə çağırıb.

Bundan əlavə epidemioloq uşaqlarda olara yoluxan koronavirusun yeni şatamım böyüklərdən də keçməyəcəyini deyib. Virusun yeni növü onlara da ötürülə bilər. Bununla da yoluxma artacaq və yeni ölümlərə səbəb olacaq.