2100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edilib
    • 5-01-2021, 15:42
    • 546

2100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərindən artıq 900-dək şəhidin 2100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və proses davam edir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu sosial ödənişlərdən biri də Prezidentin aylıq təqaüdüdür.

Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti əyani təzahürü olaraq, həmin təqaüdün məbləği yanvarın 1-dən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Şəhid ailələri bu təqaüdlə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.

Təqaüd, pensiya və müavinətlər heç bir müraciət olunmadan, elektron qaydada həyata keçirilir və aparılmış təyinatlar barədə şəhid ailələrinə məlumatlar verilir. Eyni zamanda, Nazirlik əməkdaşları tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər davam edir və təqaüdü almaq üçün bank kartları bir çox şəhid ailələrinə elə bu görüşlər zamanı öz ünvanlarında təqdim edilib.