-
- 5-01-2021, 16:43
- 622
"Allah, al canımı bitsin bu əzablar" - NADİR QAFARZADƏ
"Ey zalım dünya, sənə niftət edirəm. Bəlkə də sənə nifrət etdiyim qədər heç düşmənimə nifrət etmirəm. Kimləri almadın əlimizdən? Nə qədər qəddar olduğunu hər an, hər dəqiqə sübut edirsən. Daha öldür bizi, çıx axırımıza...Bir-bir yox, kütləvi şəkildə apar bizi. İl başlayandan, ancaq itkilər. Əvvəl virus qurbanları, sonra şəhidlər. Son günlərdə eşitdiyim ən üzücü xəbər. Nailə xanımın bu xəbərinə heç inanmadım. İnanın ki, axır vaxtlar ölmək keçir ürəyimdən. Hər səhər yuxudan ayılanda, "Allah, al canımı bitsin bu əzablar" deyirəm. Onsuz da ölü kimi bir şeyik. Belə həyat olar? Allah, sənə rəhmət eləsin, bacım!".
News24.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədəki hesabında yazıb. O, Nailə Mirməmmədlinin ölümündən çox sarsıldığını bildirib.
Qeyd edək ki, 59 yaşlı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli ötən gün ürək tutmasından vəfat edib.
Sevda Bayramova