"Ağzından çıxsın sinəvə yapışsın, axmaq" - PƏRVİN ABIYEVA
    • 20-06-2020, 10:59
    • 1 474

"Ağzından çıxsın sinəvə yapışsın, axmaq" - PƏRVİN ABIYEVA

Tanınmış aktrisa Pərvin Abıyeva "İnstagram"da sosial şəbəkə istifadəçisinə qarğış edib.

News24.az xəbər verir ki, Pərvin bunu "Story" bölməsində izləyicinin ona yazdığı qarğış rəyini paylaşıb. Paylaşımda bunlar qeyd olunub: "Üzün qara olsun, heç yanda hörmətin olmasın. Səni görəndə hamı sənə nifrət etsin. Tək qal, nə cür istəsən özünü reklam et. Hamı sənə tüpürsün. Özün özünə Allahdan ölüm istə. O paylaşdığın videoya görə sənə nə qədər nifrət edirəm. Nə mundar insanimişsən. Sənin üzün həmişə qara olsun". 

Abıyeva isə ona cavab olaraq: "Sənin kimi yaşına başına hörmət eləməyənə mən nə deyim? Onsuz da Allah səni vurub ki, belə qarğışlar edirsən. Gör nə qədər bədbəxtsən ki, bed dua sənin üçün bu qədər asandır. Nə deyim, ağzından çıxsın sinəvə yapışsın, axmaq" sözlərini yazıb.

Sevda Bayramova