Bakı polis rəisinə yeni köməkçi təyin edildi
    • 6-01-2021, 14:58
    • 493

Bakı polis rəisinə yeni köməkçi təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı həyata keçirilib.

News24.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Bəkir Qarayev vəzifəsindən azad edilib.

B.Qarayev Bakı şəhər BPİ-nin rəisi, polkovnik Əkbər İsmayılovun şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Bəkir Qarayev Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Qalib Qarayevin oğludur. B.Qarayev 2015-ci ildə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi olarkən apardığı cinayət işlərinin istintaqında nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə-Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunmuşdu. 

Daha sonra 2019-cu ili iyulunda isə Qarayev Gəncə ŞBPİ-yə İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilmişdi.