Qarabağ Müharibəsinin qazisi xəstəxanada İNTİHAR ETDİ - RƏSMİ
    • 6-01-2021, 22:37
    • 994

Qarabağ Müharibəsinin qazisi xəstəxanada İNTİHAR ETDİ - RƏSMİ

II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev intihar edib. 

News24.az-ın məlumatına görə, o, müalicə aldığı hərbi hospitalda özünü asıb.

Müdafiə Nazirliyi News24.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

Məhərrəm Əliyev