-
- 18-10-2018, 17:24
- 999
Azərbaycan deputatları Dumaya etiraz müraciəti ünvanladı
Milli Məclisin (MM) üzvləri oktyabrın 7-də bir qrup rusiyalı qadının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və komitələrə etiraz müraciəti göndərib.
Müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əli Hüseynli və “Azərbaycan Rus İcması”nın sədri Mixail Zabelin imzalayıb.
Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, “Vera” beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub.
//oxu.az