Azərbaycan XİN-dən Paşinyanın arvadına xəbərdarlıq
    • 8-10-2018, 14:12
    • 952

Azərbaycan XİN-dən Paşinyanın arvadına xəbərdarlıq

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindənbildirilib ki, həmin şəxslərin adları Azərbaycanın "arzulounmaz şəxslər" siyahısına salınacaq. 

"Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilən mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək", -deyə XİN-dən bildirilib.