Moskva yaxınlığındakı mebel anqarı yanır
    • 8-01-2021, 10:36
    • 381

Moskva yaxınlığındakı mebel anqarı yanır

Moskvanın yaxınlığındakı Ramenskoye qəsəbəsindəki mebel fabrikinin anqarı yanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, Bronnitsi kəndindəki fabrikdə baş verən yanğın barədə səhər saat 7:30-da məlum olub.

Yanğının öncə üç min kvadrat metr ərazidə metal anqarında başladığı bildirilib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin baş ofisi yanğının səkkiz min kvadratmetrə qədər artdığını açıqlayıb.

Yanğın ikinci mürəkkəblik kateqoriyasına təyin edilib. Ərazidə 82 nəfər və 25 texnika işləyir.