DİN: 3 186 nəfər cərimələnib, 4 nəfər həbs edilib
    • 8-01-2021, 10:44
    • 356

DİN: 3 186 nəfər cərimələnib, 4 nəfər həbs edilib

Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 7-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 186 nəfər barəsində inzibati tənbeh, eləcə də 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub.