"Sən nə qədər vacib adam oldun ki? - MURAD ARİF OD PÜSKÜRDÜ
    • 18-06-2020, 12:19
    • 851

"Sən nə qədər vacib adam oldun ki? - MURAD ARİF OD PÜSKÜRDÜ

Müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazdığı son statusu ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.

News24.az
xəbər verir ki, ifaçı həmkarlarının zənginə cavab verməyən sənətçiləri tənqid edib: "Bir həmkarım başqasına "Sənin prodüserin mənə zəng edə bilməz! Prodüserin üçün prodüserimin nömrəsi var" deyəndə, onu ürəyimdə qınamışdım. Çünki heç kim heç kəsdən üstün deyil. Hamı Allah qatında insandır. Bəzən müğənninin işçisiylə danışmaq hətta daha xoş, operativ olur. Amma məsələnin başqa tərəfi də var. Tanışıq? Həmkarıq? Münasibətlər mehribandır? Superstar qədər məşğul deyilsən? Sən nə qədər vacib adam oldun ki, sözünü mənə işçin deyir? Zəng et, özün sözünü de. Qarşılıqlı etika, mədəniyyət, hörmət belə şeylərdən başlayır, ay 5-10 il oxuyanlar. Bir yerə qeyd edin".

Sevda Bayramova