Xəyyam xaricdə yaşayan azərbaycanlılara səsləndi:
    • 16-07-2020, 19:08
    • 1 424

Xəyyam xaricdə yaşayan azərbaycanlılara səsləndi: "Susublar"

“Mənim heç kəsdən qorxacaq yerim yoxdur. Nə ermənilərdən nə də ki, heç kimdən. Çünki mən Azərbaycan Respublikasının vətəndaşıyam və bununla fəxr etmişəm. Bütün dünyada çalışdığım qədər ölkəmi təbliğ edirəm". 

News24.az
xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov şəxsi "Facebook" hesabında yazıb. O, xaricdə yaşayan tanınmış azərbaycanlıların Tovuzda baş verən döyüşlərlə bağlı paylaşım etməməsindən şikayətlənib:"Amma çox heyif ki, mənim Rusiyada və dünyada tanınmış azərbaycanlı həmkarlarım bu gün susublar. Heç bir paylaşım etmirlər. Niyə? Kimdən qorxursuz, çəkinirsiz? Mən də 20 ildir Rusiyanın paytaxtında çalışıram, ermənilərlə üz-üzə gəlirəm. Amma heç bir zaman mövqeyimi dəyişmirəm!”