-
- 19-10-2018, 10:15
- 1 080
“Samsung”dan “ağıllı saat” – “Galaxy Watch”
“Ağıllı saatlar” haqqında ilk məlumata Yan Fleminqin romanlarında rast gəlmək olar. Super casus Ceyms Bondun yaradıcısı olan bu yazıçı, qələm üzərində “agent 007”yə peycer və ratsiya kimi işləyən, səsli və yazılı mesajları qəbul edən, həmçinin digər funksiyaları özündə birləşdirən saat bağışlayır.
Günümüzdə belə bir cihazla heç kimi heyrətləndirməyə müvəffəq olmasaq da, 1981-ci ildə çəkilmiş film və təqdim edilmiş yeni cihaz geniş marağa səbəb olub. Təəccüblü deyil ki, bir neçə il sonra “Bondun casus cihazını” real həyatda yaratmaq cəhdləri irəli sürülür və bu andan etibarən müasir smart saatlarının bünövrəsi qoyulur.
“Samsung”un yeni smart saatları “Galaxy Note9”un rəsmi “Unpacked” mərasimində təqdim edilib. “Galaxy Watch”ın klassik ənənəvi dizaynı, 360×360 icazəli 1.3” Super AMOLED displey ilə birləşir. Bu matrisaya xas olan “təbii rəng ötürülməsi” ilə fərqlənən displeyin parlaqlığı 10 pilləli göstərici civarında tənzimlənir və bilavasitə günəş şüaları altında işıqlandırma sensorunun sayəsində avtomatik dəyişir.
“Galaxy Watch” siferblat ölçüsündən asılı olaraq iki versiyada təqdim olunur - 42 mm və 46 mm. Kiçik ölçülü versiya ənənəvi “qara” və bu ilin yeniliyi olan “rose gold” rəngində, böyük ölçülü isə - yalnız “gümüşü” rəngdə təmsil olunur. Smart saatlarının bütün yeni modelləri xüsusi gücləndirilmiş şüşə ilə təchiz olunub.
Həmçinin, “Galaxy Watch”ın yüksək standartlara uyğun sudan mühafizəsi sayəsində, yağış və digər ekstremal hava şəraitində istifadənin təmin edilməsi ilə yanaşı, hətta suyun 50 metrə dərinliyinə qədər dalmağa imkan yaradılır. Beş ATM suya davamlılığı sayəsində siz istənilən hava şəraitində smart saatdan istifadə edə bilərsiniz. Yeni saatların avtonom işləmə vaxtı 2.5-3 gündür.
Saat interfeysi “dairə” prinsipi üzərində qurulub, belə ki, burada proqram menyusu çevrə daxilində yerləşdirilib, interfeys üzrə naviqasiya isə bezel adlanan displey ətrafı halqanın köməyi ilə həyata keçirilir. Vidjetləri silmək və yenilərini əlavə etmək mümkündür, yeni proqramları isə “Samsung Apps”dən yükləmək olar.
Quraşdırılmış əlavələrin köməyi ilə siz məktublara nəzər yetirə və cavab yaza, fiziki aktivliyinizi izləyə bilər, altimert sayəsində isə hündürlüyü belə təyin edə bilərsiniz. GPS modulu isə smartfon istifadə etmədən, qaçış zamanı və ya velosipedlə qət edilmiş distansiyanı təyin edə bilərsiniz.
Xüsuzi S Health proqramının köməyi ilə “Galaxy Watch” nəinki addım sayını müəyyən etməyə, hətta qaçış, üzmək, velosiped sürmək, yoqa ilə məşğul olmaq, avar çəkmək, trenajorla məşğul olmaq kimi bir çox fiziki aktivlik haqqında məlumat toplamağa qadirdir. Ən əsası isə istənilən idmanla məşğul olduğunuzda “ağıllı saat” optik pulsometrin köməyi ilə ürək döyüntünüz haqqında məlumatı toplayaraq, siferblatda əks etdirir.
Həmçinin, saat yuxu prosesini və keyfiyyətini təqib edərək (yuxuya gedərkən, qolunuzda olduğu halda), istifadəçinin nə zaman oyandığını təyin edib, ekranda hava haqqında məlumatı, tarixi, nəzərdə tutulmuş görüşləri, qeydləri və gün ərzində avtonom işləmə vaxtını əks etdirir.
Yeni “Galaxy Watch” smart saatları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics və Kontakt Home mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
//oxu.az