Bakıda orta aylıq əməkhaqqı təxminə 10 faiz artıb
    • 11-01-2021, 16:55
    • 562

Bakıda orta aylıq əməkhaqqı təxminə 10 faiz artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində orta aylıq əməkhaqqı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 926,7 manat təşkil edib.

News24.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən məlumat verir.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Bakıda orta aylıq əməkhaqqı 938,4 manat təşkil etmişdi.