-
- 12-01-2021, 15:14
- 392
COVID-19 simptomları 6 aya qədər DAVAM EDƏ BİLƏR
Xəstəxanaya yerləşdirilən koronavirus xəstələri hətta altı ay sonra virusun yorğunluq, yuxu çətinlikləri və s. kimi simptomlarından əziyyət çəkə bilər. Çin həkimləri apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəlib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyanın episentri olan Uhanda xəstəxanaya yerləşdirilən 1700 xəstə üzərində tədqiqat aparılıb.
Bildirilir ki, 76%-in aylar sonra da ən az bir koronavirus simptomundan əziyyət çəkdiyi görülüb. Ekspertlərin rəyinə əsasən, xəstəlik uzunmüddətli psixoloji gərginliklərə, narahatlıq və depressiyaya gətirib çıxara bilər.