-
- 12-01-2021, 14:00
- 492
Deputat: “Azərbaycan Prezidenti münaqişənin keçmişdə qaldığını bildirməklə bu mesajı çatdırdı..."
“Yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş əslində iki aydır, davam edən postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi idi”.
Bunu News24.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu görüşün olduqca ciddi strateji əhəmiyyəti var: “Bu, həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi. O halda yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Yəni, daha dəqiq desək, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. Bəyanatda qeyd olunan əsas məsələlər yol nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və hazırkı mərhələdə bu, olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunu 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir. Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması və onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhələdə regionun nəqliyyat-kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir”.
H. Babaoğlu nəzərə çatdırıb ki, ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir: “Bu, olduqca vacib kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Görüşdə önə çıxan əsas məsələlərdən biri də Ermənistan Baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bunun spekuliyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyi davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir”.