ABŞ-da 67 il sonra İLK EDAM - FOTO
    • 13-01-2021, 17:19
    • 361

ABŞ-da 67 il sonra İLK EDAM - FOTO

ABŞ-da son 67 ildə ilk dəfədir ki, qadın cinayətkar edama məhkum edilmişdi. Amerikanın İndiana əyalətində dünən keçirilən məhkəmədə ölüm cəzası təxirə salınan Liza Montqomrinin edamı bu gün baş tutdu.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Liza Montqomrinin edamının dayandırılması əmri qərarın icrasına bir neçə saat qalmış bildirilib. 

Lakin Ali Məhkəmə 52 yaşlı Montqomrini əyalətin Terre Hot şəhərində yerli vaxtla saat 1:31-də zəhər inyeksiyası ilə edam edib.

Xatırladaq ki, Montqomri 2004-ci ildə Missuri əyalətində səkkiz aydır hamilə olan qadını boğaraq, qarnını kəsib uşağını qaçırıb. Montqomriyə 2008-ci ildə edam hökmü oxunub. Uşaq isə həyatda qalıb.