-
- 17-12-2019, 12:51
- 1 135
Pakistanın sabiq prezidenti vətənə xəyanətə görə EDAM EDİLƏCƏK
Pakistanda dövlət çevrilişi ilə hakimiyyətə gələn keçmiş prezident Pərviz Müşərrəf edam cəzasına məhkum edilib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt İslamabaddakı məhkəmənin hər üç hakimi Müşərrəfi dövlətə xəyanətdə günahkar bilib və yekdilliklə keçmiş generalı edam cəzasına məhkum ediblər.
P.Müşərrəf 1999-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib və 2001-2008 illəri arasında ölkəni prezident olaraq idarə edib. Pərviz Müşərrəf Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb. 2016-cı ildə səhhətində problem olub və keçmiş prezidentə müalicəsini davam etdirmək üçün xaricə getməyə icazə verilib.