Jurnalisti öldürənlər EDAM EDİLƏCƏK
    • 23-12-2019, 14:15
    • 672

Jurnalisti öldürənlər EDAM EDİLƏCƏK

Jurnalist Camal Qaşıqçını öldürməkdə təqsirləndirilən 5 nəfər edam cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, Ər-Riyadın siyasəti ilə bağlı kəskin məqalələri ilə məşhur olan Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının Türkiyədəki Baş Konsulluğuna baş çəkdikdən sonra yoxa çıxmışdı. Oktyabrın 20-də isə onun öldürüldüyü məlum olmuşdu.

Türkiyədə, qətldən bir neçə saat sonra parçalanmış jurnalistin cəsədinin çamadanlarda ölkədən çıxarılması təklif edilmişdi. İstanbul prokurorları onun boğulduğunu və sonra parçalandığını irəli sürmüşdülər.