"Qabyuyan işləmək istədim, amma götürmədilər..." - İLAHƏ FƏDA
    • 14-01-2021, 12:35
    • 692

"Qabyuyan işləmək istədim, amma götürmədilər..." - İLAHƏ FƏDA

"Karantinin ilk aylarında kafelər işləyirdi. Kafenin qapısında elan yazılmışdı ki, qabyuyan lazımdır. Getdim, məni işə götürmədilər. Qabyuyan işləmək istəyirdim. Məni tanıdılar, elə bildilər ki, onları ələ salıram".

News24.az
xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda ARB Televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində deyib. İfaçı həmçinin atasından da söhbət açıb: "Bir il yarım xəstə atama baxdım. Mirasdan mənə pay düşmədi və o haqda düşünmürəm. Atam imkanlı adam olub, biznesmen idi. Ev ikinci evliliyindən olan övladlarına qaldı, bir oğlu, bir qızı var. Mən anamın qucağında, Fədayə isə ana bətnində olanda bizi atıb. Atamı da qınamıram, çox gözəl insan və ziyalı idi. O vaxt Bakıya gəlib, dodağı boyalı qızları görüb, çaşıb. Cavan olub".

Sevda Bayramova