-
- 18-01-2021, 14:19
- 976
"Bu insanlara peyvənd vurulması TƏHLÜKƏLİDİR..." İLK DƏFƏ AÇIQLANDI - FOTO/VİDEO
Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq.
News24.az-ın çəkiliş qrupu A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasında vaksinasiya prosesini müşahidə edib.
Poliklinikanın peyvənd olunan tibb işçiləri son vəziyyətlə bağlı saytımıza açıqlama verib.
Baş həkim Kübra Cabbarova 160 tibb işçisindən 120 nəfərin peyvənd olunacağını bildirib. K.Cabbarova müəssisədə koronavirus infeksiyasına qarşı peyvənd olunan ilk şəxsdir. O, vaksindən sonra özünü hələ ki, yaxşı hiss etdiyini bildirib: “Çox sağlamam, çünki allergiyam və xroniki xəstəliyim yoxdur. Poliklinikada peyvənd olunmamışdan qabaq şəxslərin ilk növbədə təzyiqi, bədən hərarəti və hər hansı xroniki xəstəliyinin olub-olmaması yoxlanıldıqdan sonra vaksin otağına göndəriləcək. Yaş məhdudiyyəti yoxdur. Əgər şəxsdə allergiya, bronxial astma, ürək çatışmazlığı və xroniki ağır xəstəliklər varsa, operativ əməliyyat keçiribsə, məsləhət görülmür. Həmin şəxslərin öz həkimlərinin razılığı olmalıdır. Vaksinasiya prosesində öncə tibb işçiləri, sonra 65 yaşdan yuxarı şəxslər iştirak edəcək. Daha sonra ərazimizdə yaşayan əhali peyvəndə dəvət olunacaq".
Vaksinasiya olunan tibb işçilərinin sözlərinə görə, peyvənddən sonra heç bir narahatlıq yoxdur. Onlar xalqı bu prosesdə iştirak etməyə dəvət edib.
Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.
Reportajı təqdim edirik:
Məhərrəm Əliyev
VİDEO: Fərid Şabanov