Qusarda motosiklet dərəyə aşıb, ölən var
    • 18-01-2021, 13:44
    • 388

Qusarda motosiklet dərəyə aşıb, ölən var

Qusarda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 17-i saat 19 radələrində rayonun Piral kəndi ərazisində kənd sakini R.Sarıxanov idarə etdiyi “Dnepr” markalı motosikleti dərəyə aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.