Gədəbəydə maşın dərəyə aşdı, sürücü öldü
    • 18-08-2020, 14:00
    • 620

Gədəbəydə maşın dərəyə aşdı, sürücü öldü

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayon sakini M.Həsənovun Qaradağ kəndi ərazisində idarə etdiyi “VAZ-21061” markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.