SMS-dən canı qurtaran, qucaqlaşan BAKI ƏHLİ - VİDEO - FOTOLAR
    • 18-01-2021, 17:06
    • 488

SMS-dən canı qurtaran, qucaqlaşan BAKI ƏHLİ - VİDEO - FOTOLAR

Məlum olduğu kimi, Azərbaycanda COVİD-19 virusunun yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin bu gün gecə saat 00:00-dan yumşaldılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

News24.az olaraq şəhər əhalisi arasında mövzu ilə bağlı kiçik sorğu keçirdik. Paytaxt sakinlərinin sms-siz həyatın ilk günündəki təəssüratını öyrəndik. 

Qeyd edək ki, yanvarın 25-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılması nəzərdə tutulur.

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti isə 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov