-
- 18-01-2021, 18:14
- 393
Əli Həsənov AÇIQLAMA YAYDI: "YALANDIR"
“Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar".
News24.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının sabiq şöbə rəisi Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirərkən deyib.
Ə.Həsənov Almaniyadan Azərbaycana qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb: "Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yadadıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.