Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı
    • 19-01-2021, 16:36
    • 1 001

Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı

"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ağdam klubu ilə vidalaşıb.

News24.az
xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

İbrahimov 15 ildən sonra "Qarabağ"dan ayrıldığını yazıb.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.