"Fiat" yolu keçən piyadanı vurub öldürdü
    • 20-01-2021, 13:55
    • 444

"Fiat" yolu keçən piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bununla bağlı News4.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Qeyd edilib ki, hadisə yanvarın 19-u saat 21:00 radələrində baş verib.

Paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.