STAR zavodunun açılış mərasimi - VİDEO
    • 19-10-2018, 17:50
    • 961

STAR zavodunun açılış mərasimi - VİDEO

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilir.

 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanmərasimdə iştirak edirlər.
Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.