-
- 22-01-2021, 14:34
- 492
Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
Azərbaycanda ötən il avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır.
Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, 2019-cu ildə avtobus nəqliyyatı ilə 1 741 364,5 min sərnişin daşınıb.
Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 37,5% azdır. 2019-cu ildə taksi xidmətlərindən 71 893,5 min nəfər istifadə edib.
Qeyd edək ki, ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 100,2 mln.
sərnişin daşınıb, bu isə 39,3%-lik azalma deməkdir.
Azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.