Azərbaycanda avtobus və taksi istifadəçilərinin sayı KƏSKİN AZALIB
    • 16-12-2020, 17:09
    • 581

Azərbaycanda avtobus və taksi istifadəçilərinin sayı KƏSKİN AZALIB

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 986 801,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% azdır.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında avtobus nəqliyyatı ilə 1 569 611,1 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 40 129,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 39,6% azdır. Belə ki, 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 66 439,2 min nəfər istifadə edib.

Xatırladaq ki, sözügedən azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.