-
- 22-01-2021, 14:54
- 1 010
"Qarabağda iqtisadi gəlir 8 dəfə ARTACAQ" - Vüqar Bayramov
“İşğaldan azad edilən ərazilərimizdə kifayət qədər böyük potensial var”.
Bunu News24.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.
Deputat bildirib ki, işğaldan azad edilən ərazilərdə iqtisadi inkişaf sektorlarının imkanları var: “Bu ərazilərdə turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi planlaşdırılır. Həmin bölgələr inkişaf etməklə yanaşı onlardan əldə edilən gəlir dövlət büdcəsinə daxil olmalıdır. Hazırda işğaldan azad edilən bölgələrimizin – Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonunun ölkə üzrə Ümumi Daxili Məhsul İstehsalındakı (ÜDM) payı birrəqəmli deyil. Cəmi 0,8 faizdir. Halbuki kifayət qədər önəmli potensial var. Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq. Bizim proqnozlarımız ondan ibarətdir ki, bərpa prosesindən sonra çox qısa zamanda həmin bölgələrimizdə məhsul istehsalı formalaşacaq. İqtisadi dəyər səkkiz dəfəyə yaxın artacaq. 27 ildən çox müddətdir ki, ərazilərimizin işğalda olması həmin potensialdan istifadəyə imkan verməyib. Bundan sonra mövcud reallıq imkan verəcək ki, daha qısa zamanda həmin potensialın iqtisadi dəyərə çevrilməsi, eyni zamanda ÜDM-in büdcə gəlirlərinə xüsusi töhfə verməsi müşahidə olunsun. Növbəti illərdə Azərbaycanda daha sürətli iqtisadi artımın əldə edilməsinə imkan yaradacaq”.
Vüqar Bayramov vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf rayonlar mineral, digər təbii ehtiyatlar baxımından zəngindir: “Təbii su ehtiyatları kifayət qədər böyükdür. Mineral ehtiyatlarımız var, bu da həmin sahədə istehsalın təşkil edilməsinə imkan yaradacaq. Qızıl ehtiyatlarımız kifayət qədərdir ki, qızıl ixracı və istehsalı, daxili tələbin ödənilməsi baxımından vacib hesab olunur. İstehsal sahələrilə yanaşı, işağldan azad olunmuş torpaqlarımızın əsas üstünlüyü daxili turizmin inkişafı baxımından ciddi potensiala malikliyidir. Təbiəti cəlbedicidir və gözlənilir ki, bu bölgə turizm baxımından da faydalı olacaq. Bütövlükdə azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı peotensialı böyükdür. Bu baxımdan torpaqlarımız işğaldan azad olunduqdan və bərpa işləri aparıldıqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa töhfə verəcək, inkişafın lokomotivinə çeviriləcək”.
Məhərrəm Əliyev