-
- 22-01-2021, 17:58
- 555
Risk qrupuna daxil olan şəxslər vaksinasiyadan keçəcək - RAMİN BAYRAMLI
"Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək".
News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, bundan sonra isə 65 yaş üzərində olan şəxslər vaksinasiya strategiyasına əsasən peyvənd olunacaqlar: “Daha sonra risk qrupuna daxil olan şəxslər başda olmaqla digər şəxslər vaksinasiyadan keçəcək. Sonrakı mərhələdə 50 yaşdan yuxarı şəxslərin peyvəndlənməsini hədəfləyirik. Bununla da xəstəxanada yatanların sayını azaltmaq məqsədimizdir. Çünki xəstəxanada yatanların 70-75 faizi 50 yaşdan yuxarı insanlardır. Bundan sonra isə daha aşağı yaş qrupları üçün peyvənd istehsalçıları ilə həm ikitərəfli, həm də COVAX təsisatı ilə əməkdaşlığımız nəticəsində müzakirələrimiz davam etdiriləcək və ölkəmizə vaksinlər gətiriləcək”.