-
- 23-01-2021, 10:39
- 467
"Qətiyyən vaksin tərəddüdünə qoşulmayın" - Adil Qeybulla - FOTO
"Bu gün səhər 09.30-da Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksiyasına qarşı Çin Xalq Respublikasının "Sinovac" şirkətinin istehsal etdiyi "Coronavac" peyvəndinin 1-ci dozası vuruldu".
News24.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla şəxsi sosial media hesabında yazıb:
"Bu mətni peyvənd vurulmasından 16 saat keçmiş yazıram. İynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur.
Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyildir. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır.
Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılmışdır.
Dəyərli soydaşlarım! Bu reallıqları nəzərə almaq gərəkdir.
Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatı yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı...
Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kompaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin".