-
- 23-01-2021, 11:12
- 494
AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatında inzibati-idarəçilik fəaliyyətinin təşkili, aparatın strukturundakı idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsi, icra mexanizminə nəzarət məqsədilə AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb.
News24.az xəbər verir ki, bu barədə AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında” qərarda öz əksini tapıb.
Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti Aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək.
Eyni zamanda AMEA üçün ayrılmış büdcə vəsaitlərinin Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən maddi-texniki təchizat, xidmət və digər tələbatların ödənilməsi üzrə istifadəsinə mərkəzi nəzarəti gücləndirmək, bu sahədə şəffaflığı və səmərəliliyi artırmaq üçün aparatın strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb.
AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.