Reinkarnasiya-Yenidən dirilmə nədir?
    • 20-10-2018, 18:00
    • 11 851

Reinkarnasiya-Yenidən dirilmə nədir?

Reinkarnasiya latın sözü olub, mənası "yenidən dirilmə", "ruhun bədənə təkrar qayıdışı" kimi mənaları bildirir.

News24.az xəbər verir ki, bəzi inanclara görə, reankarnasiyanın əsas məqsədi ruhun kamilləşməsidir, yəni öz varlığını və mahiyyətini dərketməsidir. Çünki insan ruhu bir həyatla kamilləşə bilməz. Hinduizm və buddizm də reankarnasiya və ya sansara prosesi insan ruhunun yerdəyişməsini ifadə edir. Bu qanuna görə, ruhun dünyaya yenidən qayıdışı təkcə insan formasında yox, heyvan, bitki, hətta daş və digər cansız cisimlər formasında da ola bilər. Buna görə bəzi hindu təlimlərində “heç bir canlıya ziyan verməmək” kimi əxlaq qanunları inkişaf etdirilir. Əlavə məlumat üçün demək olar ki, caynizm təliminin davamçıları canlıları hətta təsadüfən belə incitməmək üçün ağızlarını parça ilə bağlayır və ət yeməkdən imtina edirlər. Hinduizmin davamçılarına görə insanın ruhu cisimləri dəyişməkdə davam edir, yəni dəyişən ruh deyil, cisimdir. Həmin proses insanın öz varlığını və bu dünyanı dərk etməsinə, yəni “Nirvana”ya çatmasına qədər davam edir.

Karma və Sansara bir-biri ilə əlaqəli proseslərdir. Karma sözünün mənası “hərəkət, fəaliyyət” deməkdir. Karmanın iki növü fərqləndirilir: qara və ağ karma. Buddizm nəzəriyyəçilərinə görə, qara karma və ya xeyirxah olmayan karma insanın etdiyi pis əməllərin nəticəsidir. Yaşadığı həyatı boyu pis əməllərlə məşğul olan insan bununla öz gələcək karmasını, qara karmasını formalaşdırır. Yəni növbəti həyatında o daha eybəcər, kasıb, indi mənsub olduğu kastadan (təbəqədən) daha aşağı kastaya mənsub biri olaraq doğula bilər.

Ağ karma isə yalnız yaxşı əməllərin nəticəsi kimi  ortaya çıxır. Yəni yaşadığı dövr ərzində xeyirxah əməllərlə məşğul olan insan növbəti həyatında daha yaraşıqlı, daha varlı, daha yüksək kastaya mənsub biri kimi, hətta müqəddəs olaraq doğula bilər. Karma qanunu yalnız insanın əməli fəaliyyətinə deyil, həm də düşüncələrinə də aiddir. Bu isə o deməkdir ki, insan ağ karmaya malik olmaq üçün həm də yaxşı şeylər, əməllər haqqında fikirləşməlidir. İnsanın pis və ya yaxşı karmaya malik olması, təkcə onun əməllərindən deyil, düşüncələrindən də asılıdır. Buddizmdə karma anlayışı insanın başa düşərək etdiyi əməllərin nəticəsini ifadə edir.

 İlk buddist fikir toplusu olan “Dhammapada”da belə deyilir: “Biz bu gün, dünənki  fikirlərimizik. Bugünkü fikirlərimiz isə bizim sabahımızı yaradır. Beləliklə, bizim həyatımız bizim fikirlərimizin, ağlımızın  yaradıcılıq məhsuludur.”  Deməli, karma qanunlarına əsasən insanlar öz gələcək həyatlarını özləri formalaşdırırlar.  İnsanın heç bir əməli qarşılıqsız qalmayacaq və onlar gələcək həyatlarının birində mütləq yaxşı əmələ görə mükafatlandırılacaq, pis əmələ görə isə cəzalandırılacaq. Hinduistlərə görə, karma gələcək həyatda kasta (təbəqə) sistemində yüksəlişi və enməni də şərtləndirir.

Bütünlükdə reankarnasiya haqqındakı fikirlərin yaranma səbəbi insanın qəlbindəki sonsuz yaşama meylidir. Həyatın sonluluğunu qəbul etməmə cəhdidir. Sonralar səmavi dinlərə də təsirini göstərən bu fikirlər Yəhudilikdə, Xristianlıqda və İslamda Cənnət, Cəhənnəm, “O biri dünya”-axirət dünyası, yenidən dirilmə, əməllərə görə cavab verilməsi və s. kimi məsələlərdə öz əksini tapıb. 

İslamda Reinkarnasiya
İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir.

Xristianlıqda Reinkarnasiya
Xristianların çox hissəsi buna inanır,amma xristianların 24% -i reinkarnasiyaya inandıqlarını bildiriblər...
Dünyanın ən tanınmış filosoflarının əksəriyyəti bu fəlsəfi anlayışı qəbul ediblər, bəziləri isə mümkün olma ehtimalı ilə razılaşıblar. Bir çox alimlər də əksinə heç cür bu prosesi qəbul etmirlər. Sübut üçün təqdim olunan faktlar, yazılar, əsərlər və s.

 Qeyd edək ki, ruhun təkamülü eyniylə bədənin təkamülündə də özünü göstərir. Karma fəlsəfəsinə görə əgər öncələri heyvan olaraq ruhunuz dünyada var olubsa növbəti dönüş bədənsəl olaraq bir bitki kimi olmayacaq. İnsan görünümdə yaşam sürüb ruhsal olaraq təkamülünüz tamamlanmayıbsa növbəti gəlişiniz heyvan görünümündə olmayacaq.