-
- 24-10-2018, 11:15
- 5 468
Ruhun çəkisi nə qədərdir?
Massaçusets ştatında yaşayan doktor Dunkan Makduqal 1906-cı ildə ölüm zamanı bədənin çəkisinin dəyişməsi ilə bağlı bir sıra eksperimentlər aparıb.
O düşünürdü ki, ruh müəyyən bir çəkiyə malikdir və o bədəni tərk edərkən fiziki bədənin çəkisində dəyişiklik olmalıdır.
News24.az xəbər verir ki, həmin vaxtda cərrah işləyən Makduqal ölən pasientlərin çəkisini öyrənmək üçün xüsusi çarpayı hazırlamışdı. Çəki zamanı o, 5 qrama qədər dəqiqliyə malik olan xüsusi sənaye tərəzisindən istifadə edirdi.
O, bu çarpayıya növbə ilə ölüm ayağında olan 6 xəstə uzatdı və onların çəkilərini qeyd etdi. Daha sonra xəstənin ölüm anı gözlənilirdi. Ölüm baş verdikdən sonra xəstələrin hamısında çəki itirilməsi müşahidə olundu.
Belə ki, xəstələrin bəzilərində 12 qram, bəzilərində 30 qram və hətta 45 qram çəki itkisi müşahidə olundu. Doktor Makduqal daha sonra bu eksperimenti itlərin üzərində apardı, lakin onların ölüm anında çəkidə heç bir dəyişiklik müşhidə etmək mümkün olmadı.
Bütün bunlar, doktor Makduqalın düşüncələrinə görə sübut edirdi ki, insanların ruhu var və hətta onların çəkisi belə var, itlərin isə əksinə ruhu yoxdur.
Baxmayaraq ki, Makduqal eksperimentləri müəyyən qaydalara əsasən aparırdı və onun müşahidələrində obyektivik hiss olunurdu, amma, hal-hazırki dövr üçün bu eksperimentləri həqiqət kimi qəbul etmək çətindir.
Qeyd edək ki, son illərdə aparılan bir sıra eksperimentlerə əsasən ruhun 23 qram çəkiyə malik olduğu deyilir.
Şəlalə Ağayeva