Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi
    • 23-01-2021, 16:08
    • 581

Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən çayxana aşkar edilib. Həmin obyektin icarədarı Elbrus Həziyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.