Məktəb binası çökdü, yüzdən çox insan dağıntılar altında qaldı
    • 13-03-2019, 16:23
    • 892

Məktəb binası çökdü, yüzdən çox insan dağıntılar altında qaldı

Nigeriyanın Laqos şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yüzdən çox insan dağıntılar altında qalıb.

Bu barədə Türkiyənin “Haber7” kanalı məlumat verib. Məlumatda deyilir ki, çökən binanın üçüncü mərtəbəsi məktəbdir.
Bina dərs zamanı çöküb.
Məlumata görə, çoxlu sayda şagird dağıntılar altından sağ-salamat xilas edilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qəzanın səbəbi hələlik məlum deyil.