-
- 20-10-2018, 13:19
- 1 890
Dovşanlar təkcə qiymətli xəz deyil: Fermadan reportaj - FOTO
“Dovşanlar təkcə qiymətli xəz deyil, həm də 3-4 kiloqram asan həzm edilən ətdir”. Bu fikirləri dəfələrlə eşitmişik. Bəs siz, dovşan ətinin xeyirləri və Azərbaycanda bunun olub-olmaması ilə bağlı düşünmüsüz?
Bu sualla yeganə peşəkar dovşan saxlayan, Novxanıdakı azərbaycanlı fermer Bəxtiyar Məmmədova müraciət edib.
Bəli, bəli, səhv etmişdiniz – bizdə dovşan ferması da var.
Dovşan əti – diyetik ətdir. O, mal, qoyun, donuz əti ilə müqayisədə, çox zülala və daha az yağa malikdir. Buna görə də dovşan əti mədə-bağırsaq sistemində problemləri olan insan üçün çox yaxşıdır. Dovşan əti yeməli və sağlam qidadır.
Bunu bütün dünyada bilirlər. Müxtəlif ölkələrdə dovşan ətindən xüsusi yeməklər hazırlanır. İnsanlar təzə dovşan əti almaq üçün növbələrə dayanırlar.
İslam və dovşan əti
İş burasındadır ki, müsəlman ölkələrində dovşan əti dini baxışlara görə məşhur deyil.
Bəxtiyar Məmmədov bu fikri əsassız hesab edir.
“Mən də müsəlmanam və bu məsələni araşdırmışam. Hədislərdən birində deyilib ki, Məhəmməd peyğəmbər (s.a.s.) yaxınlarına dovşan əti yeməyə icazə verib, özü isə bu yeməyi dadmayıb. İslamda dovşan ətinin qadağan olunması yoxdur”, - müsahibimiz bildirib.
Azərbaycanda dovşan ətinin xeyirlərini və dadını bilmirlər
Bəxtiyar Məmmədov bir neçə il əvvəl bu işlə məşğul olmağa qərar verib. İki böyük ferma tikilir. Bütün lazımi avadanlıqlar, yemlər alınır.
“Bu gün Azərbaycanda 4-5 dovşan saxlayan var. Onlardan fərqli olaraq, mən bununla peşəkar formada məşğul oluram. Bu günlərdə dövlət sertifikatı da almalıyam. Bütün sənədlər müvafiq strukturlara təqdim olunub. Fermada yoxlanış keçirilib. Hər şey yüksək səviyyədədir.
Fermada hazırda 5-6 növdən 100-dən çox dovşan var.
Baytarlıqla ferma sahibi özü məşğul olur. Lazım gəldikdə, o, mütəxəssislərə müraciət edir, amma əlavə edib ki, Azərbaycanda onun işlədiyi sahə üzrə həkimlər yoxdur.
“Ən yüksək səviyyədə olan dovşan ətini xüsusi növ dovşanlardan əldə etmək olur. Bu ətin tərkibində çox az miqdarda yağ var. Dovşan ətinin hazırlanmasında bir neçə üsul var, ancaq ən çox qızartmaya üstünlük verilir”, - Məmmədov deyib.
Onun sözlərinə görə, sahibkarlıqda istifadə edilən vaksinlər müxtəlifdir: Çexiya və ya Rusiyadan sifariş edilir.
“Əti mağazaya və bəzən restoranlara veririk. Qonşularım da çox böyük məmnuniyyətlə dovşan əti alırlar. İş burasındadır ki, bizdə dovşan ətini xoşlayırlar, ancaq ona pul verməyi yox. Hədiyyə edəndə çox böyük məmnuniyyətlə götürürlər və internetdən hazırlanma qaydasını axtarırlar. Ancaq əti kiloqramla satmağa başladıqda (8 manat – red.) göz süzdürürlər”, - müsahibimiz əlavə edib.
Məmmədov qeyd edib ki, aybaay bu əti alanların sayı çoxalır:
“İnanıram ki, elə vaxt gələcək, Azərbaycanda dovşan ətinə toyuq əti kimi qiymət verəcəklər. İnsanlar başa düşəcək ki, ekoloji cəhətdən təmiz məhsulu yemək kimyəvi yollarla broylerlərdə hazırlanan toyuqlardan daha xeyirlidir”.
//oxu.az