Badamdarda SON VƏZİYYƏT - İcra başçısı AÇIQLADI
    • 28-01-2021, 23:43
    • 605

Badamdarda SON VƏZİYYƏT - İcra başçısı AÇIQLADI

“Badamdar qəsəbəsində torpaq sürüşməsi əvvəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər”.

Bunu News24.az-ın hadisə yerində olan əməkdaşına açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.

İcra başçısı Vüqar Zeynalovun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb: "Həmin evlərdə yaşayan 2 ailənin 5 üzvü dərhal təxliyə edilib. Onları öz qohumları vasitəsilə Sumqayıt və Xəzər rayonuna yola saldıq. Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir itki yoxdur”.

Teymur Məmmədov