Eldar Əzizov sürüşmə zonasında
    • 29-01-2021, 10:58
    • 874

Eldar Əzizov sürüşmə zonasında

“Baş vermiş sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır”.

News24.az xəbər verir ki, bunu hazırda Badamdarda sürüşmə ərazisində olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, Bakı şəhəri İcra hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə araşdırmalar aparmalıdırlar: “Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək".